Emil Balayevin çıxış etdiyi "Tobol"un baş məşqçisi istefa verib

Emil Balayevin çıxış etdiyi "Tobol"un baş məşqçisi istefa verib Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın Tobol klubunda baş məşqçi Vladimir Qazzayev istefa verib.
Futbol
21 İyul , 2019 13:40
Emil Balayevin çıxış etdiyi Tobolun baş məşqçisi istefa verib

Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunda baş məşqçi Vladimir Qazzayev istefa verib.

"Report"un məlumatına görə, klubun rəsmi saytı bu qərarı yeni inkişaf istiqaməti ilə əlaqələndirib. Qazzayevlə birgə köməkçisi Nikolay Latış da komandadan ayrılıb.

Qeyd edək ki, "Tobol"un Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jöness"ini üstələyə bilməyib. Hər iki oyun heç-heçə başa çatsa da, "Jöness" səfər qolu sayəsində mərhələ adlayıb.

Hər iki oyun heç-heçə başa çatsa da (0:0, 1:1).

Son xəbərlər

Orphus sistemi