Emerini "Arsenal"ın baş məşqçisi postunda həmyerlisi əvəzləyə bilər

Emerini "Arsenal"ın baş məşqçisi postunda həmyerlisi əvəzləyə bilər İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərənin “Arsenal” komandasına rəhbərlik edə bilər.
Futbol
11 Noyabr , 2019 12:14
Emerini Arsenalın baş məşqçisi postunda həmyerlisi əvəzləyə bilər

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərənin “Arsenal” komandasına rəhbərlik edə bilər.

“Report” “Daily Mail”a istinadən xəbər verir ki, London klubunun idman direktoru Raul Sanllexi 49 yaşlı ispaniyalı mütəxəssislə danışıq aparır. Onun həmyerlisi Unay Emerini qışa qədər əvəzləməsinin mümkünlüyü vurğulanır.

Qeyd edək ki, ardıcıl 5 oyundur qalib gələ bilməyən “Arsenal” İngiltərə Premyer Liqasında 12 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb. Enrike iyunda ailə məsələlərinə görə İspaniya millisini tərk edib.

Son xəbərlər

Orphus sistemi