Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü təqdim olunub

Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü təqdim olunub AFFA-nın baş katibi Şərqi Avropa və məhdud vəsaitə malik olan üzv assosiasiyalara diqqət çəkib
Futbol
16 Mart , 2017 15:21
Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü təqdim olunub

Bakı. 16 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə namizədlik broşürü təqdim olunub.

"Report"un məlumatına görə, E.Məmmədov namizədliyinin əsaslarında innovasiya, praqmatizm, komanda işi və nəticənin təsvir olunduğunu bildirib.

O, milli assosiasiyadakı 9 illik fəaliyyətindən sonra avropalı həmkarları ilə sıx əməkdaşlıq edərək, qitə futbolundan əldə etdiyi bacarıq və biliklərlə futbolu daha da irəli aparmaq, inkişaf etdirmək istədiyini vurğulayıb: "Meydanda komandanın tamamlayıcı rol, bacarıq və təcrübə vəhdətinə ehtiyacı olduğu kimi mən də UEFA İcraiyyə Komitəsinə tamamlayıcı keyfiyyətlər gətirəcəyəm. Biz kollektiv şəkildə bütün Avropada futbolun əhatə olunması və əlçatan olmasına yardım göstərəcək, eləcə də həlli vacib bir çox problemləri həll edəcəyik. Mən bütün səviyyələrdə Şərqi Avropanın təmsil olunmasının, həmçinin qadın futbolunun inkişafı və xüsusilə məhdud vəsaitə malik olan üzv assosiasiyalar da daxil olmaqla, bütün Avropada rəqabətliliyin artırılmasında regional irəliləyişin tərəfdarıyam. Birlikdə biz oyunun ən yüksək şəffaflıq standartlarını təmin etmək üçün fəaliyyətimizi davam etdirməliyik. Birgə çalışaraq, Avropa futbolunu yeni davamlı inkişaf və yüksəliş dövrünə apara bilərik. Bununla da sevdiyimiz bu gözəl oyunu daha da şöhrətləndirərik".

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinə seçkidə 8 yer uğrunda 13 namizəd mübarizə aparacaq. Seçki Avropa futbol qurumunun aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Konqresində olacaq.

Son xəbərlər

Orphus sistemi