Yuxarı

Elxan Məmmədov: "Xorvatiya kimi yığma komanda ilə qarşılaşmada 1 xal çox yaxşı nəticədir"

​AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Xorvatiya ilə 0:0 hesablı heç-heçə etdiyi AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" federasiya rəsmisinin açıqlamalarını təqdim edir...

- Xorvatiya kimi yığma komanda ilə qarşılaşmada 1 xal çox yaxşı nəticədir. Osiyekdəki ilk oyunda 0:6 hesablı məğlubiyyət psixoloji təsir etsə də, millimiz bu oyuna tamamilə yeni ruhla çıxdı, çox inamlı futbol oynadı. 

Komandamız hətta 3 xal qazanmağa da çalışdı. 1 xalı gözləyirdiniz? 

- Düzü, 1 xala ümid var idi. Amma ikinci hissədə komandamız irəli atıldıqda "Niyə də evdə 3 xal qazanmayaq?" fikirləri yarandı. Xorvatiya yığması qrupumuzun lideridir. Buna baxmayaraq, komandamız bizi, azarkeşləri sevindirdi.

- Qarşıda hələ oyunlarımız var. Necə düşünürsünüz: Prosineçki Foqtsun 10 xal rekordunu qıra biləcək?

- Unutmayaq ki, Prosineçki ilk 4 turdan sonra yığmaya rəhbərlik etməyə başladı. Bu səbəbdən, müqayisə etmək bir qədər çətindir. 

- Malta ilə qarşılaşmadan nə gözləyirsiniz? 

- Ora 3 xal dalınca gedirik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi