Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsində hesabat təqdim edib

Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsində hesabat təqdim edib Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbol
4 Dekabr , 2019 17:51
Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsində hesabat təqdim edib

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, AFFA-nın baş katibi, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasına dəvət olunub. 

E.Məmmədov rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bundan əlavə, Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin irəli sürdüyü “Child safeguarding” (Uşaqların mühafizəsi) siyasəti ilə bağlı təqdimat olub. E.Məmmədov İcraiyyə Komitəsi qarşısında qeyd olunan siyasətin müvafiq əsasnaməsinin təsdiqi təklifini səsləndirib.

Son xəbərlər

Orphus sistemi