AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.
"Report"un məlumatına görə, bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
Seçki Bakıda ilk dəfə keçirilmiş UEFA İcraiyyə Komitəsinin iclasına təsadüf edib.
Qeyd edək ki, Elxan Məmmədov 2008-ci ildən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.