Elxan Məmmədov: "Rəşad Sadıqovun "Qarabağ"da çalışmasının əleyhinə deyilik"

Elxan Məmmədov: "Rəşad Sadıqovun "Qarabağ"da çalışmasının əleyhinə deyilik" "Onun “Qarabağ”da çalışmasının zərərini, mənfi təsirini görmürük"
Futbol
17 Yanvar , 2018 13:07
Elxan Məmmədov: Rəşad Sadıqovun Qarabağda çalışmasının əleyhinə deyilik

Bakı. 17 yanvar. REPORT.AZ/ AFFA Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarının baş məşqçisi Rəşad Sadıqovun paralel olaraq, “Qarabağ” klubunda fəaliyyət göstərməsinin əleyhinə deyil.

Bu barədə “Report”a müsahibəsində qurumun baş katibi Elxan Məmmədov bildirib. Onun sözlərinə görə, R.Sadıqovun həm “Qarabağ”ın əsas komandasında futbolçu kimi çıxış etməsi, həm də klubda fəaliyyət göstərməsi onun millidəki işinə maneə törətmir: “Yığma məşqçilərinin paralel olaraq, klublarda da çalışmaları ilə bağlı bir neçə dəfə müzakirələr aparılıb. Sadıqovun “Qarabağ”da çalışmasını millidəki işinə maneə kimi görmürük. Çünki U-21-in hazırda təlim-məşq toplanışı davam edir. Hazırlıq prosesi çərçivəsinə bir neçə yoxlama oyun keçiriləcək. Artıq “Alanyaspor”la qarşılaşaraq 3:1 hesabı ilə qalib gəliblər. O, həmişə komandanın yanındadır. Rəşadın “Qarabağ”da fəaliyyət göstərməsinin zərərini, mənfi təsirini görmürük”.

Qeyd edək ki, Zaur Həşimov U-18, Ramil Quliyev isə U-17 yığmasının baş məşqçisi təyin olunduqdan sonra müvafiq olaraq “Qəbələ” və “Zirə”nin əsas komandasının məşqçisi vəzifəsindən ayrılıblar.

Son xəbərlər

Orphus sistemi