Yuxarı

Elxan Məmmədov: "Ramil Şeydayevin Azərbaycan pasportunun olması vacib deyil"

AFFA-nın baş katibi: Rusiya Futbol İttifaqından müvafiq sənədləri almışıq

Bakı. 14 iyul. REPORT.AZ/ "Ramil Şeydayev Azərbaycan milli komandasında oynamaq hüququna malikdir. Çünki onun atası Bakıda anadan olub". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədəv TASS-a açıqlamasında bildirib. 

O, Rusiya yığmasının futbolçusu Ramil Şeydayevin artıq Azərbaycan vətəndaşı olduğunu təsdiqləyib və milli komandamızda oynamaq istəyini bildirib: "Biz futbol federasiyası olaraq bu addımı alqışlayırıq. Müvafiq qərarın qəbul olunması üçün bütün sənədləri FİFA-ya göndərmişik. FİFA-nın reqlamentinə əsasən, futbolçunun Azərbaycan pasportunun olması vacib deyil. Çünki bu və ya başqa futbolçu o halda milli assosiasiyasını dəyişmək hüququna malikdir ki, onu özü, atası və anası, babası və nənəsi oynamaq istədiyi həmin ölkənin ərazisində anadan olsunar. Məlum olduğu kimi, Ramilin atası Bakıda anadan olub".

Baş katib onu da bildirib ki, Şeydayevin Rusiya millisində oynaması ilə bağlı Rusiya Futbol İttifaqından müvafiq sənədləri alıblar.

Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün öncə "Zenit"i tərk edərək, Türkiyə "Trabzonspor"u ilə müqavilə bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi