Yuxarı
    Bağlamaq

    Elxan Məmmədov: "Qurban Qurbanov ilin məşqçisi adına daha layiqlidir"

    AFFA rəsmisi Qarabağın baş məşqçisi ilə Robert Prosineçkini müqayisə edib

    Bakı. 8 dekabr. REPORT.AZ/ "2016-cı ilin ən yaxşı baş məşqçisi adına Qurban Qurbanov daha çox layiqdir". 

    "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O, "Qarabağ"ın baş məşqçisini Azərbaycan yığmasına rəhbərlik edən Robert Prosineçki ilə müqayisə edib. Baş katibin fikrincə, R.Prosineçki hazırda yol gedirsə, Q.Qurbanov bu yolun sonundadır. 

    AFFA rəsmisi Azərbaycan komandalarının sabit çıxış etməyə başladıqlarını da vurğulayıb: "Bu gün sevindirici haldır ki, komandalarımız müsbət mənada sabit nəticələr göstərir. Artıq "Qarabağ" və "Qəbələ" qrup mərhələsində çıxış edir, əsas millimiz seçmə mərhələdə yaxşı nəticə göstərir, futzal millimiz ilk dəfə qatıldığı dünya çempionatında 1/4 finaladək irəliləyib. Ən böyük arzumdur ki, "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə yüksəlsin". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi