​Elxan Məmmədov: "Avropa çempionatına vəsiqə qazanmaq daha asandır"

​Elxan Məmmədov: "Avropa çempionatına vəsiqə qazanmaq daha asandır" AFFA-nın baş katibi jurnalistlərin suallarını cavablandırıb
Futbol
7 Sentyabr , 2015 08:16
​Elxan Məmmədov: Avropa çempionatına vəsiqə qazanmaq daha asandır

Bakı. 7 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan-Malta matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Oyun barədə nə deyə bilərsiniz?

- Təbii ki, bu oyunda 2 xal itirdik. Komanda çox yaxşı oynadı. Oyuna nəzarət edirdi. Malta yığmasının cəmi iki imkanı oldu, iki dəfə də qol vurdu. Başqa sözlə, 2 dəfə çərçivəyə düşdülər, o da qapıdan keçdi. Baxmayaraq ki, komandamız bir anda uduzurdu, ancaq özündə güc taparaq ikinci qolu vura bildi. Oyun da 2:2 hesablı heç-heçə ilə nəticələndi. Bakıda 2:0 udmağımıza, burada bərabərə qalmağımıza baxmayaraq, milli komanda indi daha yaxşı futbol oynadı.

- İkinci hissənin ilk 10-15 dəqiqəsində sanki komandada bir durğunluq var idi, bu nə ilə bağlıdı? Yorğunluq sizin də diqqətinizi çəkdimi?

- Təbii ki, yorğunluq olacaqdı. 3 gün ərzində 2 oyun oynadıq, ancaq unutmayaq ki, Malta da eyni qaydada həm səfər, həm də evdə oynadı. Onu da unutmayaq ki, evdə oynamasına baxmayaraq Malta oyuna 1 xal üçün çıxmışdı. Onlar üçün bu bir xal qazanc, bizim üçün isə iki xal itkisi oldu.

- Prosineçkinin rəhbərliyi altında 4 rəsmi oyunda 6 xal toplamışıq. Bu sizin fikrinizcə növbəti tsikldə final mərhələsi uğrunda oynamağa ümid verə bilərmi?

- Növbəti tsikl Dünya çempionatı olacaq, bilirsiniz ki, orada bir az vəziyyət çətindir, şərtlər fərqlidir. Orda birinci yer tutan komanda birbaşa gedir, ikinci yer tutan isə pley-off oynamalıdır. Avropada isə ilk iki komanda birbaşa gedir, üçüncü komanda isə pley-off oynayır. Yəni Avropa çempionatına vəsiqə qazanmaq daha asandır. Prosineçki üçün isə 4 oyun uğurlu oldu. Bu oyunlarda qazanılmış 6 xal müsbət məqamdır.

Son xəbərlər

Orphus sistemi