Yuxarı

​Elxan Məmmədov: "AFFA prezidentliyinə namizəd olmağı planlaşdırmıram"

Gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirəcəm

Bakı. 5 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov martda keçiriləcək federasiyanın prezident seçkilərində namizəd qismində iştirak etməyəcək.

"Report"un məlumatına görə, bu barədə E.Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırmır: "Öz namizədliyimi verməyimi planlaşdırmıram. Bu barədə mətbuatdan eşitmişəm. Belə bir məsələ planımda yoxdur. AFFA prezidenti və İcraiyyə Komitəsi istəsə, gələcəkdə də baş katib kimi fəaliyyətimi davam etdirəcəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi