Yuxarı

Elxan Məmmədov AFFA-dakı işini davam etdirəcək

Elxan Məmmədov AFFA-dakı işini davam etdirəcək
UEFA İcraiyyə Komitəsinə üzvü təmsil olunduğu milli assosiasiyada aktiv futbol fəaliyyəti ilə məşğul olmalıdır

Bakı. 15 noyabr. REPORT.AZ/ Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinə üzv seçiləcəyi təqdirdə AFFA-nın baş katibi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

"UEFA reqlamentinə əsasən, qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü təmsil olunduğu milli assosiasiyada aktiv futbol fəaliyyəti ilə məşğul olmalıdır. Bu səbəbdən Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin üzvü seçiləcəyi təqdirdə, AFFA-dakı işindən ayrılmayacaq" - M.Nərimanoğlu bildirib.

Qeyd edək ki, Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə üzv kimi namizədliyinin irəli sürülməsi barədə qərar AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında verilib. Seçki 2017-ci il aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın növbəti Konqresi çərçivəsində keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi