Yuxarı

Elxan Məmmədov: "Uzun müddətdən sonra Azərbaycan yığması elit mərhələdə oynayacaq"

Bütün komandanı və azarkeşləri təbrik edirəm

Bakı. 29 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Bosniya və Herseqovina - Azərbaycan qarşılaşmasını canlı izləyib. "Report"un məlumatına görə, E.Məmmədov qarşılaşmadan sonra affavideo.az və affa.az saytlarına fikirlərini açıqlayıb.

“Əzmkarlıq nümayiş etdirən futbolçularımız son iki oyunda bir-birlərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı. Bu bizim üçün önəmli bir uğurdur. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək” - deyə baş katib bildirib.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzsa da, ən yaxşı qrup 3-cüsü kimi elit-raunda vəsiqə qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi