Elxan Abdullayev: "Neftçi"yə daha 5-6 legioner cəlb olunacaq"

Elxan Abdullayev: "Neftçi"yə daha 5-6 legioner cəlb olunacaq" Futbolçular həm Avropa, həm də Cənubi Amerikadan olacaq
Futbol
27 Dekabr , 2016 16:39
Elxan Abdullayev: Neftçiyə daha 5-6 legioner cəlb olunacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ "Neftçi" daha 5-6 legionerlə müqavilə imzalayacaq.

Bu barədə "Report"a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.

O bildirib ki, yeni gələn futbolçular həm Avropa, həm də Cənubi Amerika ölkələrindən olacaqlar.

Baş məşqçi bir neçə gün əvvəl müqavilə müddəti artırılan, ancaq komanda ilə yollarını ayıran braziliyalı Jonas Pessalidən də söz açıb: "Onunla yeni müqavilə imzalandı. Özü müraciət edərək ayrılmaq istədiyini bildirdi. O, vətənində yüksək liqada çıxış edən komandadan yaxşı təklif alıb. Biz də onu başa düşdük. Pessali burada "Neftçi"yə xeyir verdi. Bu səbəbdən etiraz etmədik. Namiq Ələsgərov gənc olsa da, istedadlı futbolçudur. Ona oynamaq lazımdır. Düzdür, "Qarabağ"da az oynayırdı. Amma hər şey onun özündən asılıdır". 

Son xəbərlər

Orphus sistemi