Yuxarı

Elxan Abdullayev: "Bu 3 xal bizə hava-su kimi lazım idi"

Elxan Abdullayev: "Bu 3 xal bizə hava-su kimi lazım idi"
Bu gün yerli oyunçulara üstünlük vermişdik, onlar da özlərini doğrultdular

Bakı. 5 noyabr. REPORT.AZ/ "Oyun çox gərgin keçdi. Bu 3 xal bizə hava-su kimi lazım idi. Futbolçuların oyunundan razı qaldım, onları təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın XI turunun "İnter” klubu ilə oyunundan (2:1) sonra bildirib.

"Bu gün yerli oyunçulara üstünlük vermişdik, onlar da özlərini doğrultdular. Uşaqlarda özünəinam yaranıb, bu, futbolda çox önəmlidir. Biz düz istiqamət seçmişik”, - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi