Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü seçilib

Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü seçilib Tuyqun Nadirovun namizədliyini geri götürməsindən sonra qalan 10 nəfər olub
Futbol
11 Mart , 2016 11:45
Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin üzvü seçilib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun İcraiyyə Komitəsinin üzvləri müəyyənləşib. "Report"un məlumatına görə, bunlar "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun namizədliyini geri götürməsindən sonra qalan 10 nəfər olub. Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən namizədliyi irəli sürülən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovda İcraiyyə Komitəsinin üzvü seçilib:

Peşəkar Futbol Liqası - 2 yer

1. Rauf Əliyev - AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən

3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən

4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları - 2 yer

1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları - 2 yer

1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Son xəbərlər

Orphus sistemi