Əliyar Ağayevin idarə edəcəyi tarixi oyunun daha 2 azərbaycanlı hakimi müəyyənləşib

Əliyar Ağayevin idarə edəcəyi tarixi oyunun daha 2 azərbaycanlı hakimi müəyyənləşib Xaqani Məmmədov: "İngilis dilini bilənlərə üstünlük veriləcək"
Futbol
11 Noyabr , 2015 17:05
Əliyar Ağayevin idarə edəcəyi tarixi oyunun daha 2 azərbaycanlı hakimi müəyyənləşib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ölkə futbolu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinin oyununu idarə edəcək. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, təyinat Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinin VI tur matçına təsadüf edəcək: "Bizə göndərilən məlumatda bildirilib ki, təyinat dekabrın 8 - 10-da keçiriləcək qrup mərhələsinin son tur oyunlarından biri üçün nəzərdə tutulur". 

X.Məmmədov bildirib ki, Ə.Ağayevin rəhbərlik edəcəyi briqadadakı 6 hakimin hamısı azərbaycanlı olacaq. Artıq əlavə köməkçi hakimlər də məlumdur. Bunlar digər FİFA referiləri Orxan Məmmədovla Rəhim Həsənovdur: İlk dəfə belə təyinat olduğundan hamısı FİFA referiləri olacaq. Ancaq ola bilsin ki, 4-cü hakim milli hakimlərimizdən olsun. Ehtiyat hakim qismində bir neçə nəfərin namizədliyi nəzərdən keçirilir. Onlar da Premyer Liqada oyun idarə edən hakimlər olacaqlar. Əsasən, ingilis dilini bilənlərə üstünlük veriləcək. Çünki bu, elə-belə oyun deyil. Üstəlik seçimləri baş hakimin istəyinə uyğun edəcəyik. Kiminlə işləmək ona rahatdırsa, birgə seçim edəcəyik".

Qeyd edək ki, hazırda Əliyar Ağayev Xorvatiyadadır. Gənc FİFA referisi bu gün Orxan Məmmədovun idarə edəcəyi 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsinin Xorvatiya - San Marino matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi