Yuxarı

Əliyar Ağayev UEFA-nın aparıcı hakimlərinin hazırlıq kursuna cəlb olunub

Əliyar Ağayev UEFA-nın aparıcı hakimlərinin hazırlıq kursuna cəlb olun

Azərbaycanın FIFA referisi Əliyar Ağayev iyulun 31-də Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın 2019/2020 mövsümü üçün hazırlıq kursuna qatılacaq.

"Report" xəbər verir ki, 3 gün davam edəcək hazırlıq prosesində UEFA-nın Elit və I kateqoriyaya daxil olan kişi, eləcə də qadın hakimləri iştirak edəcəklər. Kurs çərçivəsində bir qrup hakim videotəkrar (VAR) sistemi üzərində işləyəcək.

Qeyd edək ki, Ağayev bir müddət əvvəl UEFA tərəfindən yaradılan İstedad və Mentor proqramına daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi