Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal oyununa təyinat alıb

Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal oyununa təyinat alıb Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb.
Futbol
18 Aprel , 2018 15:12
Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal oyununa təyinat alıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya) oyununu idarə edəcək. 31 yaşlı baş hakimə Zeynal Zeynalov və Akif Əmirli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, görüş aprelin 20-də Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi