Yuxarı

Əliyar Ağayev Avro-2020-in seçmə oyununa təyinat alıb

​Əliyar Ağayev Avro-2020-in seçmə oyununa təyinat alıb

FİFA referisi Əliyar Ağayev Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

“Report” xəbər verir ki, o, martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa – Latviya qarşılaşmasını idarə edəcək.

Ona Rza Məmmədov və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi