Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib

Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib Bakı. 10 yanvar. REPORT.AZ/ Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə baş verib.
Futbol
10 Yanvar , 2019 09:59
Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib

Bakı. 10 yanvar. REPORT.AZ/ Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə baş verib.

“Report”un məlumatına görə, “Flamenqo” ilə matçda “Trinidad” komandasının futbolçularından biri zədələnib. Gəl ki, referinin işarəsindən sonra zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş “Trinidad”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi