Bakı. 8 may. REPORT.AZ/ Mayın 9-da Azərbaycan futbolunun tanınmış simalarından sayılan Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar yoldaşlıq oyunu keçiriləcək.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 16:00-da başlayacaq görüşdə veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” kollektivi qarşılaşacaq.
“Bayıl Arena”da keçiriləcək oyun üçün komandaların heyətləri də məlumdur:
“TƏCRÜBƏ” | “FUTBOL FUNKSİONERLƏRİ” |
Cəmaləddin Əliyev Arif Əsədov Tərlan Əhmədov Elmir Xankişiyev Ədahim Niftəliyev Oqtay Abdullayev Şahin Diniyev Nazim Süleymanov Maşallah Əhmədov Musa Qurbanov Mahmud Qurbanov Elxan Abdullayev Zaur İsmayılov Təbriz Həsənov İqor Getman Yaşar Vahabzadə Vasif Haqverdiyev Samir Əliyev Araz Qulamov Alim Qurbanov |
Faiq Əzizov Dmitri Kramarenko Şahin Cəfərov Elxan Məmmədov Əfqan Kərimov Bəxtiyar Osmanov Emin Cəfərov Cavid Cəlilov Vüqar Əsgərov Əliyar Ağayev Aslan Şahgəldiyev Firuz Abdulla Ramin Həsənov Kamran Quliyev Yunis Hüseynov Zaur Əzizov Adil Şükürov Rəmiş Malıyev Fərhad Həsənov Müşfiq Hüseynov |
Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.