Əlcəzairdə futbol matçında iğtişaş baş verib, 42 nəfər həbs olunub

Əlcəzairdə futbol matçında iğtişaş baş verib, 42 nəfər həbs olunub Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Əlcəzair çempionatında XIII turun “Əlcəzair” – “Bel-Abbes” oyunu tribunalarda kütləvi iğtişaşlarla yekunlaşıb.
Futbol
15 Noyabr , 2018 11:02
Əlcəzairdə futbol matçında iğtişaş baş verib, 42 nəfər həbs olunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Əlcəzair çempionatında XIII turun “Əlcəzair” – “Bel-Abbes” oyunu tribunalarda kütləvi iğtişaşlarla yekunlaşıb.

“Report” “France Presse” agentliyinə istinadən xəbər verir ki, matçın qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatması meydan sahiblərinin azarkeşlərinin narazılığına səbəb olub. Fanatlar oturacaqları qopararaq meydana atıblar. İştişaşlar zamanı 18 polis əməkdaşı xəsarət alıb. Həmçinin soyuq silah gəzdirmə, narkotik və psixotrop maddələrin saxlanılması ittihamı ilə 42 azarkeş həbs olunub.

Bununla yanaşı, polislərin vəzifə səlahiyyətlərini aşması ilə bağlı cinayət işi açılıb. Buna səbəb sosial şəbəkələrdə hüquq-mühafizə orqanları əməkdaşlarının fanatları dəyənəklə döymələri əks olunan videoların paylaşılmasıdır.

Hadisə nəticəsində 40-dan çox azarkeşin də xəsarət aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi