El-Klasiko: Bu gün "Barselona" və "Real" üz-üzə gələcək

El-Klasiko: Bu gün "Barselona" və "Real" üz-üzə gələcək "Kral klubu" dörd aydır ki, məğlub olmur
Futbol
3 Dekabr , 2016 08:56
El-Klasiko: Bu gün Barselona və Real üz-üzə gələcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində "Barselona" və "Real Madrid" klubları üz-üzə gələcək. "Report"un məlumatına görə, La Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real Madrid" mövsümün ilk "El Klasiko"sunu rəqib meydanında keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də baş tutacaq.

Hər iki klub Çempionlar Liqasında 1/8 finala vəsiqəni artıq təmin edib. Eyni zamanda "kral klubu" dörd aydır ki, heç bir məğlubiyyətə uğramadan UEFA Super Kubokunu qazanmağa macal tapıb.

Kataloniyalılar isə çempionatda artıq iki məğlubiyyətə uğrayıblar, axırıncı iki matçı isə heç-heçə ilə başa vurublar.

Son uğursuzluqlara baxmayaraq, "Barselona" ölkə çempionatında ikinci pillədə qərarlaşıb və liderdən 6 xal geri qalır.

"Real Madrid" 13-cü turda yalnız üç dəfə heç-heçə edib, son 6 oyunda isə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi