"El-Klasiko": "Real Madrid" azlıqda qalan "Barselona"nı məğlub edə bilməyib - VİDEO

"El-Klasiko": "Real Madrid" azlıqda qalan "Barselona"nı məğlub edə bilməyib - VİDEO "Kamp Nou" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb
Futbol
7 May , 2018 00:41
El-Klasiko: Real Madrid azlıqda qalan Barselonanı məğlub edə bilməyib - VİDEO

Bakı. 7 may. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 36-cı turunda "Barselona" "Real"ı qəbul edib.

“Report” xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Barselona" matçın gedişində iki dəfə hesabda önə çıxsa da, rəqib hər iki halda tarazlıq yarada bilib. Meydan sahiblərinin heyətində Luis Suares və Lionel Messi, madridlilərdə isə Kriştianu Ronaldu və Qaret Beyl fərqlənib. Kataloniya klubu birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədən meydanda azlıqda qalıb. Serxi Roberto birbaşa qırmızı vərəqə alaraq qovulub.

"Barselona" (87 xal) turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Real" (72) üçüncü yerdədir.

İspaniya Primerası. 36-cı tur

"Barselona" – "Real Madrid" - 2:2

Qollar: Luis Suares, 10. Lionel Messi, 52 - Kriştianu Ronaldu, 14. Qaret Beyl, 72

Qırmızı vərəqə: Serxi Roberto, 45+3 ("Barselona")

Son xəbərlər

Orphus sistemi