​Ekvatorial Qvineyanın prezidenti kasıblar üçün 40 min futbol bileti alıb

​Ekvatorial Qvineyanın prezidenti kasıblar üçün 40 min futbol bileti alıb Dövlət başçısı, həmçinin ölkənin imkanlı şəxslərini də buna səsləyib
Futbol
13 Yanvar , 2015 22:58
​Ekvatorial Qvineyanın prezidenti kasıblar üçün 40 min futbol bileti alıb
Bakı. 13 yanvar. REPORT.AZ/ Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nqema Mbasoqo kasıbların Afrika Millətlər Kuboku-2015-in oyunlarına baxmaları üçün 40 min bilet alıb.

"Report" xəbər verir ki, dövlət başçısı, həmçinin ölkənin imkanlı şəxslərini də buna səsləyib.

Afrika Kuboku 17 yanvar - 8 fevral tarixlərində Ekvatorial Qvineyada keçiriləcək.

Turnirin start matçında Ekvatorial Qvineya Konqo yığması ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi