Ektor Kuper: "Ramazan bugünkü məğlubiyyət üçün bəhanə deyil"

Ektor Kuper: "Ramazan bugünkü məğlubiyyət üçün bəhanə deyil" "Misirli oyunçular müsəlman orucuna öyrəşiblər"
Futbol
15 İyun , 2018 19:00
Ektor Kuper: Ramazan bugünkü məğlubiyyət üçün bəhanə deyil

Moskva. 15 iyun. REPORT.AZ/ "Misir futbolçuları müsəlman orucuna çoxdan öyrəşiblər".

Bunu futbol üzrə Misir yığma komandasının baş məşqçisi Ektor Kuper DÇ-2018-də Uruqvaya 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən deyib.

O bildirib ki, futbolçular meydanda əllərindən gələni ediblər:

"Ramazan ramazandır. Onun oyuna təsir etdiyini söyləmək çətin məsələdir. Bu, bugünkü matç üçün bəhanə deyil. Yenə də, bütün misirli oyunçular artıq çoxdan buna öyrəşiblər. Bilirdik ki, qabaqda bizi çətin oyun gözləyir və xeyli istirahət etmişdik".

Oyundan bir gün əvvəl Rusiyanın Yekaterinburq şəhərinin müsəlman icması Misir yığmasının futbolçularını Ramazan bayramını birlikdə qeyd etməyə dəvət ediblər. Misirlilər oyuna hazırlıq səbəbindən dəvəti cavabsız qoyublar.

Son xəbərlər

Orphus sistemi