Əhməd Ünal Çeviköz CHP Partiya Məclisinə seçildiyi üçün "Qalatasaray"dan kənarlaşdırıla bilər

Əhməd Ünal Çeviköz CHP Partiya Məclisinə seçildiyi üçün "Qalatasaray"dan kənarlaşdırıla bilər Klub prezidenti vitse-prezidentdən istefa verməsini tələb edib
Futbol
5 Fevral , 2018 22:39
Əhməd Ünal Çeviköz CHP Partiya Məclisinə seçildiyi üçün Qalatasaraydan kənarlaşdırıla bilər

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz "Qalatasaray" klubunun ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti vəzifəsini tərk edə bilər.

"Report"un məlumatına görə, səbəb Çeviközün klub prezidenti Mustafa Cengizin xəbəri olmadan CHP Partiya Məclisinə seçilməsidir.

Bundan narazı qalan Cengiz keçmiş səfirdən fəaliyyətinə ya klub rəsmisi, ya da siyasətçi kimi davam etməsini istəyib. Daha sonra o, vitse-prezidentdən istefa verməsini tələb edib.

Qeyd edək ki, Əhməd Ünal Çeviköz yanvarın 20-də "Qalatasaray"ın prezidenti seçilən Mustafa Cengizin siyahısında yer alıb. Daha sonra o, klubun vitse-prezidenti təyin olunub.

Çeviköz 2001 - 2004-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Son xəbərlər

Orphus sistemi