​Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək

​Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək Tədbir AFFA-nın inzibati binasında olacaq
Futbol
28 May , 2015 14:56
​Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir mayın 29-da federasiyanın inzibati binasında olacaq.

Tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcək.

1935-ci ilin oktyabrın 5-də anadan olan Əhməd Ələsgərov 1966-cı ildə Bakının "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. "Neftçi"dəki bürünc medal SSRİ çempionatları tarixində Azərbaycanın ən böyük uğuru olub. O, 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.

2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.

Qeyd edək ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi