Ronaldo Ebolaya qarşı mübarizə məqsədilə təşkil olunan xeyriyyə matçında 3 qol vurub

Ronaldo Ebolaya qarşı mübarizə məqsədilə təşkil olunan xeyriyyə matçında 3 qol vurub Matç BMT-nin İnkişaf Proqramı çərçivəsində baş tutub
Futbol
21 Aprel , 2015 11:44
Ronaldo Ebolaya qarşı mübarizə məqsədilə təşkil olunan xeyriyyə matçında 3 qol vurub

Bakı. 21 aprel. REPORT.AZ/ BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində yoxsulluqla mübarizə məqsədilə 12-ci dəfə xeyriyyə matçı keçirilib. "Report"un məlumatına görə, qarşılaşmada UNDP Ulduzlar komandası ilə Fransanın "Sent-Etyen" klubunun ulduzları üz-üzə gəlib.

Matç "Sent-Etyen"in 9:7 hesablı qələbəsi ilə başa çatıb. UNDP Ulduzlar komandasında əfsanəvi futbolçular Fabyen Bartez, Erik Abidal, Canluka Zambrotta, Frank de Bur, Kristian Karambö, Zinəddin Zidan, Ronaldo, Edvin van der Sar, Kafu, Ronald de Bur, Karel Poborski, Klarens Zeedorf, Yuri Corkayeff, David Trezege, Auqustin Okoça, Vladimir Şmitser və Lui Saha çıxış edib.

"Sent-Etyen"in heyətində isə Jeremi Jano, Mevlut Erdinç, Zuma, Tavlaridis, Kvarme, Brison, Sable, Batllis, Moravcik, Mollo, Pedron, Aleks, Peres, Feyndouno, Potillon, Aubameyanq, Qradel, NQuemo, Moulin, Roçeteau, Paqanelli, Tabanou, Klerk, Kornye, Kristof Qaltye yer alıb.

Ronaldo və Pyer-Emerik Obameyanq matç ərzində hərəyə 3 dəfə fərqləniblər. Battlis və Mollo "dubl" edib. Trezege, Zeedorf, Corkayeff, Okoça, Aleks və Feynduno isə hərəyə bir dəfə rəqib qapısına yol tapa biliblər.

Matçdan əldə olunan gəlirin 2/3 hissəsi Ebola virusundan əziyyət çəkən Qvineya, Syerra-Lyone və Liberiyaya veriləcək. Qalan məbləğ isə "Sent-Etyen" klubunun təmsil etdiyi şəhərin sosial yardım layihələrini həyata keçirən "ASSE Coeur-Vert" təşkilatına veriləcək.

Qeyd edək ki, ilk dəfə 2003-cü ildə start götürmüş layihə bugünədək Almaniya, İspaniya, Mərakeş, Portuqaliya və İtaliyada həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi