Əfsanəvi futbolçu Uels millisinə baş məşqçi təyin olunub

Əfsanəvi futbolçu Uels millisinə baş məşqçi təyin olunub Seçim 44 yaşlı mütəxəssisin üzərində edilib
Futbol
15 Yanvar , 2018 11:21
Əfsanəvi futbolçu Uels millisinə baş məşqçi təyin olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub.

"Report"un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqzdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.

Qeyd edək ki, 1991 - 2007-ci illərdə Uels millisində 64 oyun keçirmiş Rayan Giqqz Kris Koulmeni əvəzləyəcək. Koulmen yığma komanda 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefa verib. 

Son xəbərlər

Orphus sistemi