Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə 3 qat dünya çempionu Pele son ayda ikinci dəfə San-Pauldakı xəstəxanaya yerləşdirildiktən bir neçə gün sonra evinə qayıdıb.
“Report” RİA "Novosti" agentliyinə istinadən qeyd edir ki, Braziliya milli komandasının sabiq hücumçusu noyabrın 12-də də mədəsindəki ağrılardan şikayətlənib. Bunun nəticəsində Pelenin böyrəyindəki daşlar götürülüb.
74 yaşlı futbolçu jurnalistlərə bundan sonra fəxri qonaq olacağı “Olimpiada-2016”-ya hazırlaşacağını bildirib.
Qeyd edək ki, Pele Braziliya yığmasındakı 92 oyunda 77 qol vurub.