Bakı. 10 may. REPORT.AZ/ Prostat vəzinin giperplaziyası ilə bağlı əməliyyat olunan əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanadan evə buraxılıb.
"Report" "Franc Press"ə istinadən xəbər verir ki, Pele mayın 7-də San-Pauluda yerləşən Albert Eynşteyn adına klinikada əməliyyat olunub.
Bir sıra hallarda giperplaziya xərçəngin inkişafına gətirib çıxarır, lakin həkimlər 74 yaşlı pasientdə bunu aşkar etməyiblər.