Yuxarı

Əfran İsmayılov: "Qəbələ" ilə növbəti görüş barədə düşünmək lazımdır"

​Əfran İsmayılov: "Qəbələ" ilə növbəti görüş barədə düşünmək lazımdır"

"Erkən qol vurduq, sonra yenə şanslarımız oldu. 2, 3 və hətta 4 qol da vura bilərdik".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin futbolçusu Əfran İsmayılov evdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib. 

Ə.İsmayılov bərabərliyə üzülmədiyini söyləyib: "Sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri ola bilər ki, mənfi təsir etdi. Ümumi götürdükdə bu günə kimi yaxşı formada idik. Bəzən belə də alınır. Hər matçı mükəmməl keçirmək də mümkün deyil. Baş məşqçinin dediyi kimi, belə oyunlar hələ çox olacaq.

"Qəbələ" ilə görüş bəlkə bundan da ağır olacaq. Ona görə də, heç kim kənardan çempionata asan baxmasın. Çətin çempionatdır. Düzdür, son dəqiqələrdə qol buraxaraq, 2 xal itirdik. Amma digər tərəfdən, xallarımızın üstünə xal gəldi. Bu matçı unudub, "Qəbələ" ilə növbəti görüş barədə düşünmək lazımdır".

31 yaşlı oyunçu "Qəbələ"nin "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyi turun açılış matçı barədə də danışıb: "Qəbələ"nin "Qarabağ"dan xal qazanması çempionatımızın ağır keçməsindən xəbər verir. Həqiqətən də, gözlənilməz nəticə idi. "Qəbələ"də çox dəyişiklik olsa da, sübut etdilər ki, futbol oynaya bilirlər. İndi bizi onlarla oyun gözləyir. Bu gün də sona yaxın müdafiəyə çox qapandıq və həddən artıq yükləndik. Bu, yorğunluğa gətirib çıxardı, nəticədə də qol buraxdıq. Bəlkə də, ədalətli nəticə heç-heçə idi".

Əfran İsmayılov öz çıxışını da qiymətləndirib: "Hələ tam hazır deyiləm. Yavaş-yavaş formaya düşməyə çalışıram. Özümü demək olar ki, 70 faiz toparlamışam. Getdikcə daha yaxşı olacağam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi