Əfran İsmayılov: "Bir neçə təklif var, onları dəyərləndirəcəyəm"

Əfran İsmayılov: "Bir neçə təklif var, onları dəyərləndirəcəyəm" Çətin oyun olacağını bilirdik, amma çalışırdıq ki, daha çox mübarizə aparıb qalib olaq. İlk hissəni yaxşı keçirmədik, ikinci hissədə toparlanmağa çalışdıq. Əfsus ki, buraxdığımız qolun əvəzini çıxa bilmədik. Bu gün bizdə alınmadı, Qəbələ klubunu təbrik edirəm.
Futbol
20 May , 2019 07:00
Əfran İsmayılov: Bir neçə təklif var, onları dəyərləndirəcəyəm

"Çətin oyun olacağını bilirdik, amma çalışırdıq ki, daha çox mübarizə aparıb qalib olaq. İlk hissəni yaxşı keçirmədik, ikinci hissədə toparlanmağa çalışdıq. Əfsus ki, buraxdığımız qolun əvəzini çıxa bilmədik. Bu gün bizdə alınmadı, "Qəbələ" klubunu təbrik edirəm".

"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Sumqayıtın futbolçusu Əfran İsmayılov Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bildirib.

31 yaşlı yarımüdafiəçi nəticənin ədalətli olduğunu qeyd edib:

"Gözlənilməz anda qol buraxdıq və bunun əvəzini çıxa bilmədik. Oyunun nəticəsi ədalətli idi".

Ə.İsmayılov növbəti mövsüm üçün ona gələn təklifləri dəyərləndirəcəyini vurğulayıb:

"Bir neçə təklif var, onları dəyərləndirəcəyəm. Mənim üçün xeyirlisi nədirsə onu da edəcəyəm".

Son xəbərlər

Orphus sistemi