Yuxarı

Əfran İsmaylov: "Azarkeşlərin önündə maraqlı oyun oynadıq"

“Qarabağ” – “Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər

Bakı. 27 noyabr. REPORT.AZ/ "Çox çətin bir rəqib idi. Buna baxmayaraq azarkeşlərin önündə maraqlı oyun oynadıq. Gücümüzü ortaya qoyduq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Əfran İsmaylov İngiltərə "Tottenhem"inə 0:1 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra deyib.

Onun sözlərinə görə, "Qarabağ" futbolçuları da qruptan çıxmağı arzu edirdi.

"Bilirdik ki, çətin olacaq. Futboldur. Belə şey olur. Bir qol vurdular. Amma istəkli idik.. Əlimizdən gələni etdik", - deyə İsmaylov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi