Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb

Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb İnsident Məhəmməd Karqarın Kabildəki evində baş verib
Futbol
12 Yanvar , 2015 14:51
Əfqanıstan yığmasının baş məşqçisi bıçaqlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə Əfqanıstan milli komandasının baş məşqçisi Məhəmməd Karqar bıçaqlanıb. "Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis dörd nəfərin hücumuna məruz qalıb. 

İnsident Karqarın Kabildəki evində baş verib. Hücumun motivi hələlik məlum deyil. Polis araşdırma aparır. Hazırda xəstəxanada olan baş məşqçinin vəziyyəti sabit qiymətləndirilir. 

Qeyd edək ki, Məhəmməd Karqar Əfqanıstan yığmasına 2008-ci ildən rəhbərlik edir. Onun başçılığı altında yığma 2013-cü il Cənubi Asiya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi