Əflatun Amaşov: Arzu edirik ki, cavab qarşılaşmada "Qəbələ" öz sözünü desin

Əflatun Amaşov: Arzu edirik ki, cavab qarşılaşmada "Qəbələ" öz sözünü desin "Arzu edirik ki, cavab qarşılaşmada "Qəbələ" öz sözünü desin. Çünkü artıq kənar meydançada bir topumuz var"
Futbol
3 İyul , 2015 01:08
Əflatun Amaşov: Arzu edirik ki, cavab qarşılaşmada Qəbələ öz sözünü desin

Bakı. 3 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən yerli "Dinamo" və "Qəbələ" komandaları arasındakı oyunu tribunadan izləyən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşılaşmadan sonra "Report"a açıqlama verib.

O, bildirib ki, stadiona "Qəbələ" komandasına qələbə arzulamaq üçün gəlmişdi: "Burada istər-istəməz "Dinamo" Tbilisinin dərin ənənəyə sahib olan bir komanda olduğu hiss olundu. Arzu edirik ki, Azərbaycanda keçiriləcək cavab qarşılaşmada "Qəbələ" öz sözünü desin. Çünkü artıq kənar meydançada bir topumuz var".

Ə.Amaşov qeyd edib ki, beynəlxalq konfransda iştirak etmək üçün gəldiyi Tbilisidə Azərbaycanla bağlı məruzə ilə çıxış edib, daha sonra isə "Qəbələ" oyunçularını ruhlandırmaq üçün stadiona üz tutub.

Son xəbərlər

Orphus sistemi