Edin Ceko: "Qarabağ"a qalib gəlmək asan deyildi"

Edin Ceko: "Qarabağ"a qalib gəlmək asan deyildi" "Roma" klubunun futbolçusu: "Rəqibin təzyiqinə dözə bildik"
Futbol
28 Sentyabr , 2017 02:24
Edin Ceko: Qarabağa qalib gəlmək asan deyildi
Report/ Firi Salim

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bütün məsələləri ilk yarıda həll etməli idik. "Qarabağ" qol vurduqdan sonra bizə bir qədər çətin oldu. Bununla belə, rəqibin təzyiqinə dözə bildik və hamımız birgə vacib nəticəyə nail olduq".

"Report"un məlumatına görə, bunu İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib. 

Bosniya və herseqovinalı hücumçu əsas məsələnin qələbə olduğunu bildirib: "Yalnız bu fakt əhəmiyyətlidir ki, 3 xal qazandıq. Qalib gəlmək asan deyildi, amma sonda evimizə qələbə ilə qayıdırıq. Hər şey qaydasındadır".

Qeyd edək ki, Edin Ceko 15-ci dəqiqədə "Roma"nın ikinci qolunu vurub.

Son xəbərlər

Orphus sistemi