Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub "Roma"nın futbolçusu turnirdə 8 qol vurub
Futbol
25 May , 2017 01:17
Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

Bakı. 25 may. REPORT.AZ/ "Roma" klubunun (İtaliya) hücumçusu Edin Ceko və "Zenit"in (Rusiya) yarımmüdafiəçisi Juliano Avropa Liqası – 2016/17-nin ən yaxşı bombardirləri olub.

"Report" xəbər verir ki, hər iki futbolçu turnirin əsas mərhələsində 8 qol vurub, lakin Ceko 524 dəqiqə, Juliano isə 710 dəqiqə meydanda olub.

Üçüncü yeri aktivində 7 qol olan "Atletik"in forvardı Arits Aduris tutub. Hesabında 6 qol olan "Lion"un hücumçusu Aleksandr Lyakazett və "Ayaks"ın hücumçusu Kasper Dolberq növbəti sıralarda qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi