Eden Azarın "Real Madrid"ə keçidi Neymardan asılıdır

Eden Azarın "Real Madrid"ə keçidi Neymardan asılıdır Bakı. 18 fevral. REPORT.AZ/ İngiltərənin Çelsi klubunun futbolçusu Eden Azarın İspaniya Real Madridinə keçidi başqa bir oyunçudan asılıdır.
Futbol
18 Fevral , 2019 13:22
Eden Azarın Real Madridə keçidi Neymardan asılıdır

Bakı. 18 fevral. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azarın İspaniya "Real Madrid"inə keçidi başqa bir oyunçudan asılıdır.

"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi Fransanın PSJ komandasında çıxış edən Neymarı öz sıralarında görmək istəyir və bunu prioritet hədəf olaraq görür.

Nəşrdə bildirilir ki, Neymar nümayəndələri vasitəsi ilə İspaniyanın paytaxtına hərəkət etməkdə maraqlıdır. Brazliyalı oyunçu Paris təmsilçisində Kilian Mbappenin kölgəsində qalmaq istəmir. Həmçinin, onun komandası maliyyə "fair-play" qaydalarına problemlə üzləşmək təhlükəsindədir.

Neymarın satın alınması "Real Madrid"ə 220 milyon avrodan çox başa gələ bilər. Bu, gerçəkləşsə, İspaniya nəhəngi Azarı transfer etməyəcək.

Qeyd edək ki, daha öncə Eden Azarın "Real Madrid"lə razılıq əldə etdiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi