Yuxarı

Eden Azar: "Bizi çətin həftə gözləyir, çünki "Qarabağ" və "Liverpul"la üz-üzə gələcəyik"

Eden Azar: "Bizi çətin həftə gözləyir, çünki "Qarabağ" və "Liverpul"la üz-üzə gələcəyik"
İki qol vursam da, ən önəmlisi qalib gəlməyimiz və yaxşı oynamağımızdır”

Bakı. 20 noyabr. REPORT.AZ/ “Qol vurmaq hər zaman xoşdur. Bu, mənim üçün ən başlıca hədəf deyil, amma özünəinam baxımından yaxşı haldır. İki qol vursam da, ən önəmlisi qalib gəlməyimiz və yaxşı oynamağımızdır”. 

“Report” xəbər verir ki, bunu “Çelsi” klubunun futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının XII turunda “Vest Bromviç” üzərində 4:0 hesablı qələbəni və vurduğu 2 qolu şərh edərkən deyib.

London təmsilçisi noyabrın 22-də Çempionlar Liqasının (ÇL) V turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq. 26 yaşlı belçikalı yarımmüdafiəçi hesab edir ki, “Çelsi”ni qarşıda çətin həftə gözləyir: “Çünki “Qarabağ”la oynayırıq, ardınca “Liverpul”a səfərə gedirik. Liderlər qrupunda qalmaq istəyirik”.

Qeyd edək ki, “Çelsi” hazırda İngiltərə Premyer Liqasında 25 xalla 3-cü sırada qərarlaşıb və lider “Mançester Yunayted”dən 9 xal geri qalır. ÇL-də isə 7 xalla 2-ci pillədə yer alan “zadəganlar” İtaliya “Roma”sından 1 xal az toplayıb. İspaniya “Atletiko”su 3 xalla 3-cü, “Qarabağ” isə 2 xalla sonuncu yerdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi