Bakı. 17 yanvar. REPORT.AZ/ İspaniyanın "Qranada" futbol komandasının baş məşqçisi Xoakin Kaparros istefaya göndərilib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, buna komandanın uğursuz çıxışı səbəb olub.
"Qranada" La Liqada 18 turdan sonra 14 xalla sonuncu pillədə qərarlaşıb. Üstəlik, "qırmızı-ağlar" ölkə kubokunun 1/8 finalında "Sevilya" səddini keçə bilməyərək, mübarizəni dayandırıblar. Baş məşqçi postu müvəqqəti olaraq, əvvəllər gənclərdən ibarət komandada çalışmış Xoseba Aquadoya həvalə olunub.
Qeyd edək ki, "Qranada"da Azərbaycan yığmasının dəvətini qəbul edən Eddi İsrafilov icarə əsasında çıxış edir.