Eddi İsrafilov zədələndiyi üçün Azərbaycan yığmasının oyunlarında iştirak etməyəcək

Eddi İsrafilov zədələndiyi üçün Azərbaycan yığmasının oyunlarında iştirak etməyəcək AVRO-2020-nin seçmə oyunlarına hazırlığını Bakıda davam etdirən futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Futbol
30 May , 2019 17:14
Eddi İsrafilov zədələndiyi üçün Azərbaycan yığmasının oyunlarında iştirak etməyəcək

AVRO-2020-nin seçmə oyunlarına hazırlığını Bakıda davam etdirən futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.

"Report"un məlumatına görə, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmayacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi