Yuxarı

Eddi İsrafilov Azərbaycan yığmasının toplanışına qatılmayacaq

Robert Prosineçki onun müraciətini müsbət cavablandırıb

Bakı. 16 mart. REPORT.AZ/ İspaniyanın "Kordoba" klubunda çıxış edən Eddi İsrafilov futbol üzrə Azərbaycan milli komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına qatılmayacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna İsrafilovun müraciəti səbəb olub. 

O, “Kordoba”nın İspaniya çempionatının yüksək liqasına vəsiqə uğrunda mübarizə aparmasını əsas gətirib. Millnin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.

Qeyd edək ki, martın 21-də başlanacaq toplanış çərçivəsində Azərbaycan yığması Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək. Oyun martın 26-da təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi