Yuxarı

​ECA Avropanın 4 klubunu mükafatlandırıb

​ECA Avropanın 4 klubunu mükafatlandırıb
Mükafat İspaniya, İngiltərə, Ukrayna və Estoniya klubuna verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Avropa Klubları Assosiasiyası (ECA) Avropanın bir neçə futbol klubunu mükafatlandırıb. "Report"un məlumatına görə, İspaniyanın "Barselona", Ukraynanın "Dnepr", Estoniyanın "Levadiya" və İngiltərənin "Arsenal" klubları mükafata layiq görülüb.

ECA-nın sorğusuna əsasən, Kataloniya təmsilçisi Avropanın ən yaxşı klubu adını qazanıb. Mükafat klubun direktoru Raul Sanlexiyə təqdim olunub. Bununla da "Barselona" İspaniyanın ECA tərəfindən ikinci mükafat alan tək klubu olub. Kataloniyalılara ilk mükafat 2011-ci ildə verilib.

Avropa Liqasının finalçısı Ukrayna "Dnepr"i idmanda inkişafa görə mükafatla təltif olunub. Estoniyanın "Levadiya" klubu itlərin köməyinə ehtiyacı olan azarkeşlərin stadiona girişini yaxşılaşdırmağa hesablanmış "Birlikdə irəliləyək" aksiyasına görə "Ən yaxşı nailiyyət" nominasiyası üzrə mükafata layiq görülüb.

İngiltərə "Arsenal"ı isə sosial aktivliyə görə mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi