Dünyanın ən titullu futbolçusunun təqdimatına 45 min azarkeş gəlib

Dünyanın ən titullu futbolçusunun təqdimatına 45 min azarkeş gəlib Braziliyanın “San-Paulu” klubu ilə 3 illik müqavilə bağlayan Dani Alvesin təqdimat mərasiminə 45 min azarkeş gəlib.
Futbol
7 Avqust , 2019 17:09
Dünyanın ən titullu futbolçusunun təqdimatına 45 min azarkeş gəlib

Braziliyanın “San-Paulu” klubu ilə 3 illik müqavilə bağlayan Dani Alvesin təqdimat mərasiminə 45 min azarkeş gəlib.

“Report” xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Morumbi” stadionunda baş tutan təqdimatda 36 yaşlı sağ cinah müdafiəçisi klubun emblemini öpərək tərəfdarlara təşəkkür edib.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Alves dünyanın ən titullu futbolçusudur. Karyerası ərzində vətənində “Bahiya”, İspaniyada “Sevilya” ilə “Barselona”, İtaliyada “Yuventus”, Fransada isə PSJ-nin formasını geyinən təcrübəli oyunçu, ümumilikdə, 40 titul qazanıb.

Son xəbərlər

Orphus sistemi