Yuxarı

Dünyanın ən yaxşı futbolçusu avtomobil qəzasına düşüb

Martaya bir neçə yerdən əzik diaqnozu qoyulub

Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyanın qadınlardan ibarət milli komandasının futbolçusu Marta avtomobil qəzasına düşüb. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 28 yaşlı hücumçu sükan arxasında idarəetməni itirərək, yoldan kənara düşüb. 

O, qəza yerindən xəstəxanaya çatdırılıb. Həkimlər Martaya bir neçə yerdən əzik diaqnozu qoyublar. Futbolçu ilə birgə avtomobildə olan 3 nəfər isə ciddi zədədən qurtulub. 

Qeyd edək ki, Marta 2006-2010-cu illərdə FİFA tərəfindən ilin ən yaxşı qadın futbolçusu seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi