Dünyanın ən qoca futbolçusu özünə yeni klub axtarır

Dünyanın ən qoca futbolçusu özünə yeni klub axtarır O, iştirak etdiyi 1600 qarşılaşmada bir dəfə də qırmızı vərəqə almayıb
Futbol
15 Dekabr , 2016 11:54
Dünyanın ən qoca futbolçusu özünə yeni klub axtarır

Bakı. 15 dekabr. REPORT.AZ/ Dünyanın ən yaşlı futbolçusu Diki Bortvik karyerasını bitrməyə hazırlaşmır. "Report"un BBC-yə istinadən verdiyi məlumata görə, 81 yaşlı Bortvik 1949-cu ildən futbol oynayır. 

Qocaman hücumçu kareyası ərzində 400-dən çox qol vurub. O, iştirak etdiyi 1600 qarşılaşmada bir dəfə də qırmızı vərəqə almayıb. Bortvik son 40 ildə veteranlardan ibarət "Uayk Reyncers" komandasında çıxış edib. Lakin həmin komanda bu il dağılıb. Nəticədə klubsuz qalan təcrübəli forvard bir neçə xeyriyyə matçında iştirak edib. 

Qeyd edək ki, Diki Bortvik 3 il əvvəl prostat xərçəngindən müalicə olunub. O, hazırda özünü fiziki və zehni cəhətdən sağlam hiss etdiyini və qaçmağı bacardığını vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi