Dünyanın ən bahalı futbolçuları reytinqinə Neymar başçılıq edir

Dünyanın ən bahalı futbolçuları reytinqinə Neymar başçılıq edir "Barselona"nın hücumçusu 246,8 mln. avro dəyərində qiymətləndirilib
Futbol
17 Yanvar , 2017 06:04
Dünyanın ən bahalı futbolçuları reytinqinə Neymar başçılıq edir

Bakı. 17 yanvar. REPORT.AZ/ Braziliyalı Neymar Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən formalaşdırılan transfer dəyəri yüksək olan futbolçuların reytinqinə başçılıq edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Barselona"nın hücumçusunun qiyməti 246,8 mln. avroya çatır.

O, reytinqdə ikinci yeri tutan komanda yoldaşı Lionel Messini təqribən 75 mln. avro geridə qoyub. Siyahıda üçüncü yeri "Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba tutub. Mütəxəssislər onun qiymətini 155,3 milyon avro dəyərində qiymətləndiriblər.

Madrid "Real"ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldu yeddinci yerdə qərarlaşıb və onun transfer qiyməti 126, 5 mln. avro qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi